Hekayələr bölməsinə qayıt
Hekayələr

Bağışlaya bil

1 dəq oxu 25.06.2026 16+ yaş Hekayələr
Bağışlaya bil

(hekayə)Filosof: O adam ki, bağışlaya bilmir, o həmişə hirslənir, əzab çəkir.Gənc: Kim ki, səni çətinə düşəndə atır, sənə qarşı satqınlıq eləyir, onu bağışlamaq olmaz.Filosof: Adamlar səhv edə bilərlər. Sən onları bağış...

 

(hekayə)

Filosof: O adam ki, bağışlaya bilmir, o həmişə hirslənir, əzab çəkir.

Gənc: Kim ki, səni çətinə düşəndə atır, sənə qarşı satqınlıq eləyir, onu bağışlamaq olmaz.

Filosof: Adamlar səhv edə bilərlər. Sən onları bağışlamağı bacarsan, həyat sənin üçün darıxdırıcı olmaz.

Gənc: Axı səhvi bağışlasan, həmin adam onu təkrar edə bilər.

Filosof: Səhvi dostuna başa salıb sonra onu bağışlamalısan ki, o həmin səhvi daha təkrar etməsin. Sən onu bağışlamaqla onu dəyişdirib yaxşı edirsən.

Gənc: Bağışlamaq çox çətindir. Amma nə etməli, böyük belə məsləhət görürsə, deməli belə lazımdır.

 

                                                                                                                                                                                                                 Müəllif: Gülzar İbrahimova