Hekayələr bölməsinə qayıt
Hekayələr

Həyat hədiyyəsi

2 dəq oxu 25.06.2026 13-15 yaş Hekayələr
Həyat hədiyyəsi

(hekayə)Ana: Yenə də dalaşırsız? Axı siz doğma bacısız. Doğma bacılar isə mehriban olmalıdırlar. Hətta başqası sizdən birinizi incitmək istəsə siz bacınıza kömək etməlisiniz.Böyük bacı: Mən həmişə ona güzəştə gedirəm. O...

 

(hekayə)

Ana: Yenə də dalaşırsız? Axı siz doğma bacısız. Doğma bacılar isə mehriban olmalıdırlar. Hətta başqası sizdən birinizi incitmək istəsə siz bacınıza kömək etməlisiniz.

Böyük bacı: Mən həmişə ona güzəştə gedirəm. O bundan elə başa düşür ki, həmişə günah məndədir. Böyük bacıyam deyə, həmişə o deyən olmalıdır? Ana: Sən axı ağıllısan, ona görə də mən sənin köməyinə arxayın oluram.

Böyük bacı: O mənə qulaq asmaq istəmir.

Balaca bacı: O niyə həmişə məni tərbiyə edir? Məgər o anadır? Nəyə görə mən ona qulaq asmalıyam?

Ana: Bacı ya da qardaş insanlara həyatları boyu verilən hədiyyədir ki, onlar həmişə bir-birlərinə kömək etsinlər. Əgər Kim isə bu hədiyyəni qiymətləndirmirsə, onda həmin hədiyyə bir gün itir.

Böyük bacı: Heyf ki, mənim çox ziyankar bir hədiyyəm var!

Ana: Sənin bacın ona görə belədir ki, sən onunla danışmaq, oynamaq istəmirsən. O isə həmişə bunu istəyir.

Kiçik bacı: O başqalırı ilə oynamağı daha çox xoşlayır. Özgə qızlarla elə qəşəng danışır ki… 

Ana: Mən bircə şeyi sizə başa salmaq istəyirəm ki, siz sevinib deyəsiniz: «Nə yaxşı ki, mənim bacım var».

 

                                                                                                                                                                                                  Müəllif: Gülzar İbrahimova