Acgöz tülkü üçmərtəbəli tortu necə yedi

Müəllif: Gülzar İbrahimova

Azdı-çoxdu, vardı-yoxdu, birmeşəvardı. Meşədəbir Ata dovşan, bir Ana dovşan, beş də bala dovşan yaşayırdı. Bala dovşanların hamısı bir yaşda, bir görkəmdə, bir çəkidə, bir boyda idilər.Adları isə ayrıidi:Ayşan, Doşan, Şaşan, Şoşan, Moşan.
Ayşan, Doşan, Şaşan, Şoşan, Moşangil dəcəl olsalar da, işgüzar idilər. Bircə Moşan, bütün günü sobanın üstündəki taxtda uzanıb nağıl oxuyardı. Qardaş-bacıları onun adını “yatağan Moşan”qoymuşdular. 
Bir gün Ata dovşan dedi:
-Bu gün balalarımızın ad günüdür. Gedək onlara hədiyyə alaq. 
- Gedək! – Ana dovşan dedi. Balalar “Uraaa”, qışqırıb sevindilər. Ata dovşanla Ana dovşan mağazaya gedəndə balalaratapşırdılar:
Baxın ha, bizdən başqa heç kəsə qapı açmayın. 
Ata, ana, heç kimə qapı açmarıq! -Balalar dedi. 
Bala dovşanlarevdə qalmaqda olsunlar, gəlin sizə kimdən danışım, kimdən deyim, Acgöz, hiyləgər tülküdən. Hiyləgər tülkü həmişə bala dovşanları güdürdü ki, onları yesin, fürsət tapıb yeyə bilmirdi. 
Bu gün də o, dovşangilin evinin arxasında gizləndi. Evdə nə danışdılar, qulaq asdı. Tülkü gözləyirdi bala dovşanlar evdən çıxankimi onları yesin. 
Ata-ana gedən kimi balalar darıxmağa başladı. “Gəlin, ata-anamız gələnə qədər tort bişirək, -Ayşan dedi. Hamı sevindi. “Bişirək!”, dedilər. 
Ayşan anasının tort dəftərinə baxıb işə başladı.Bala dovşanlar pecenyeni əzdilər. Şokolad və yağdan krem düzəldib əzilmiş peçenyeyə qatdılar. Şokoladı sürtgəcdən keçirib, tortun üstünə səpdilər. Ərzaqlarıdüzgün ölçə bilmədiklərinə görə tort elə böyük alındı ki, onu üçmərtəbə elədilər. 
Tortun qırınıqlarının dadına baxanda çox sevindilər. O, həm ətirli, həm də dadlı idi.Tort hazır olan kimi, sevindiklərindən atılıb-düşdülər. “Aman, üçmərtəbəli tort nə gözəl olurmuş”, dedilər.  
Tortun üstünə şamlar da düzdülər ki, ad günü keçirəndə şam yandırəb üfürsünlər. Sonra bir xeyli torta tamaşa elədilər.Səbrsizliklə gözlədilər ki, ata-anaları qayıtsin, tort yesinlər. 
Birdən qapı döyüldü. Dovşanlar sevindilər. “Uraa” qışqırdılar. “Atamız, anamız gəldi”, dedilər. Şoşan qapını açmaq istəyəndə Moşan dedi:
Soruş kimdir, sonra qapını aç!
Şoşan soruşdu:
Kimdir?
Ata-ananın səsi gəlməyəndə hamı qorxudan əsməyə başladı. Hərə bir küncə girib qorxudan titrədi. Bircə Moşan qorxmadı. O dedi:
Niyə qorxursuz, qapını açmayaq. Kimdirsə, bir az gözləyəcək, görəcək açmırıq, çıxıb gedəcək. 
Bəlkə ata-anamızdı, - Ayşan ağlamsınıb dedi:
Moşan pıçıltı ilə onu başa saldı:
Ata-anamız olsaydı, bizə cavab verərdilər!
Doşan bərkdən dedi:
Bəlkə onlar bizə o qədər hədiyyə alıbki, qucaqlarında yer olmayıb. Səsləri də ona görə gəlmir ki, kökü ağzlarında gətirirlər.
Qapını açaq, görsək ata-anamız deyil, tez bağlarıq.- Şaşan dedi. 
Moşan hirsləndi:
Mən çoxlu nağıl oxumuşam, bilirəm. Nağıllarda acgöz, hiyləgər heyvanlar olur, balacaları aldadır. Açmayın qapını!
Hamı Moşana inandı. Amma birdən qapıdan kobud səs gəldi:
Balalarım, açın qapını, bizik. Ata-ananızıq!
Ayşan səsi titrəyə-titrəyə dedi:
Yox,səsin ata-anamızın səsinə oxşamır. Sən bizi yemək istəyirsən, çıx, get!
Balalar qışqırdılar: 
Çıx, get, açmırıq qapını!
Bu vaxt qapının dalından ağlamaq səsi gəldi:
Qucağımızda çoxlu hədiyyə var. Ad gününüzə  almışıq. Ağzımızdakök var, danışa bilmirik. Qapını açmasanız, küsüb gedərik, bir də qayıtmarıq. Özümüzə təzə ev tikib, orda yaşayarıq.Başqa balalar tapıb, onların ata-anası olarıq. Onları sevərik, hədiyyəni onlara verərik...
Bunu eşidəndə hamı qapıya qaçdı. Moşan qışqırdı:
Açmayın qapını!
Şoşan ağlamsındı:
Qapını açaq. Ata-anamız yorulub, qucaqlarında çoxlu hədiyyə var. 
Qardaş-bacıları Moşanın sözünə baxmayıb qapını açdılar.Qapını açan kimi Acgöz tülkü evə soxuldu. O, səhərdən pəncərənin altında pusub gözləyirdi ki, bala dovşanlar bayıra çıxanda onları tutsun. Amma bala dovşanlar ata-analarının möhkəm tapşırığına qulaq asıb bayıra çıxmamışdılar.
Dovşanlar Tülkünü görən kimi qorxudan qaçıb gizləndilər. Moşan yorğan altında gizlənsə də, ordan gizlincə Tülküyə göz qoydu. 
Tülkü pəncərənin altında gizlənəndə evdəki bütün danışıqları eşitmişdi. Bilirdi ki, bala dovşanlarad günlərinə üçmərtəbəli tort bişiriblər. Bilirdi ki, tort çox dadlı alınıb. O, heç vaxt üçmərtəbəli tort görməmişdi. Ona görə tortu görəndə ağlı başından çıxdı, çaşıb qaldı. Bilmədi əvvəl tortu yesin, yoxsa bala dovşanları.
Torta baxıb fikirləşdi: “Tortu aparsam, qaçanda ola bilər dağılsın. Yaxşısı budur tortu yeyim,bala dovşanları isə torbada aparıb, yuvamda yeyərəm. 
Tülkü cumdu tortun üstünə. Əvvəlcə tortun üstünə düzülmüş şamları yeməyə başladı. Şamlar dadsız olduğundan üz-gözünü turşutdu. İstədi tortdan dişləsin, bu vaxt Moşan taxtdan aşağı tullandı. 
Yerə sərilmiş palazı Tülkünün ayağının altından elə çəkdi ki, Tülkü kəlləmayallaq yerə yıxıldı, ayaqları göydə qaldı. Moşan tez palazı elə yumruladı ki, Tülkü qaldı palazın içərisində. Moşan ayağının birini palazın üstündə qoydu ki, palaz açılmasın, tülkü ordan çıxa bilməsin. Qardaş-bacıları da ona kömək elədilər. 
Bu vaxt ata-ana da gəlib çıxdı. Balalar ata-analarını qucaqladılar. Ata-ana olanlardan xəbər tutanda  Moşanın qoçaqlığına çox sevindilər. Sonra palazı yaxşıca kötəklədilər. Tülkü palazın arasından qışqırdı:
Vay belim, vay başım, vay qarnım!
Tülküyə yaxşıca dərs verib onu yola saldılar. Acgöz tülkü bala dovşanların qorxusundan daha heç vaxt onların evinə yaxın gəlmədi.