Əli və Gülü, bir də Durna quşunun nağılı

Müəllif: Gülzar İbrahimova

Biri vardı, biri yoxdu, bir məmləkətdə Əli və Gülü adlı əkiz bacı-qardaş vardı. Bir gün Əlinin atası belinə bir ox-yay bağlayıb oğluna dedi: 
Artıq səkkiz yaşın var, böyük oğlansan. Bundan sonra gərək at çapmağı, qılınc oynatmağı, ov ovlamağı öyrənəsən! 
Ata belə deyib Əlinin də belinə ox-yay bağladı. Sonra göyə boylandı görsün, quş varsa, vursun. Bu vaxt havada durna qatarı uçurdu. Ata sevincək quşları oğluna göstərib dedi:
- Bax, indi o quş dəstəsi yoxa çıxacaq! 
Gülü bunu eşidəndə atasına dedi: 
- Niyə yoxa çıxsınlar, ata? Qoy uçsunlar, dəyməyin quşlara, yolları uzaqdır, havalar soyuyur, isti ölkələrə uçurlar, yəqin yazda qayıdacaqlar. 
- Gülü, sən get qızlarla moruq yığ ye, xınagülü yığ, dırnağına qoy. Sənin ovdan başın çıxmaz! Bu kişi işidir, - Əli belə deyib bacısının yanında lovğalandı. 
- Gülü, sən get təndirə, anan çörək bişirir, ona kömək elə, -  ata Güllüyə dedi. Sonra da Əliyə nişan alıb, ox atmağı öyrətdi:
- Düz əlimə bax, sonra da oxun ucuna bax. Gör necə nişan alıram, necə atıram, öyrən! 

Ata mahir ovçu idi. Atdığı ox boşa çıxmazdı. O, nişan alıb düz başda uçan quşu vurdu. Quş qanadından yaralanıb dərəyə düşdü. 

Durna qatarı pərən-pərən oldu. Ata tez dedi:
- Düz qanadından vurdum. Yaxşı oldu. Axşama quş əti yeyərik!  
Sonra ata bir neçə ox atdı, heç olmasa bir quş da vursun, vura bilməyib dedi: 
- Qaç o quşu gətir, ver anana, axşama bişirsin! 
Əli qaça-qaça dərəyə düşdü, amma quşu tapa bilmədi. Ata özü də getdi, nə qədər quşu axtardı, tapa biməyib dilxor qayıtdı. Hamı bu işə məəttəl qaldı.
Bir neçə gündən sonra möhkəm qar yağdı. Əli ox-yayı götürüb ova getdi. Bacı yalvardı:
- Məni də apar! 
Əli razılaşmadı:  
- Ov qız işi deyil!
Mən sənə yemək gətirərəm. Yemək boğçası açaram, ac qalmarsan!
Ondan sonra qardaş razılaşdı. Onlar dağın başına qalxdılar. Əli istəyirdi ki,  uçan quşları yaxından vursun. 

Bu vaxt ağappaq bir durna quşu uçub yaxınlaşdı uşaqlara. Baxdılar ki, bu çox  gözəl quşdu. Gülü dedi:
Əli, dəymə bu quşa, bax gör, o necə gözəldir. 
Quşlar hamısı gözəldir, qızaranda! – Əli belə deyib, oxla nişan aldı, amma quş, uçub uzaqlaşdı. 
Uşaqlar quşun dalına düşdülər, getdilər, getdilər, bir xeyli, axşamacan yol getdilər. Gülü nə qədər qardaşına yalvardısa, Əli tərslik edib qayıtmadı:
- Bu quşu vurmayınca qayıdan deyiləm! 

 

Durna quşu  uçub getmək bimirdi. Elə bil uşaqları arxasınca harasa aparırdı. Əli ilə Gülü artıq meşənin ortasında idilər. Birdən ayaqlarının altında buz necə qırıldısa, ikisi də buzlu suya düşdülər.

Sən demə, hər yan qar olduğundan bilməyib, çıxıblar çayın üstü ilə gedirmişlər:
- Aman, biz neylədik, indi burdacana donacayıq! 
- Tez çıxıb evə qaçaq!
- Evimiz o qədər uzaqda qalıb ki, evəcən qaçsaq belə, şaxtadan donarıq. Yolu da deyəsən, azmışıq!
- Ayaq izlərimiz var, onları tutub getsək, azmarıq. 
- Hava da qaralır, nə edəcəyik?  Necə gedəcəyik?

 

 

Uşaqlar azca getmişdilər, baxdılar ki, paltarları get-gedə donur, ağırlaşır, addım ata bilmirlər. Hava da tərslikdən tez qaraldı. Hava qaralan kimi uşaqlar yaxınlıqda ağappaq bir ev gördülər. Evdən işıq gəlirdi. 


Uşaqlar sevincək özlərini güclə evə çatdırdılar. Amma içəri girəndə gördülər ev buzdandı. Yanan isə şamdı.

 

 

 

 

 

- Çıxaq, qaçaq, qardaş, burda qalsaq, lap donarıq!

 

 

 

 

 

 

- Dayan, burda soba var, gəl onu yandıraq.
- Yandıraq, kibrit də var! 

Uşaqlar sobanı yandıran kimi ev isindi. Uşaqların kipriklərindən, paltarlarından sallanan buzlar əridi, damcıladı. Bununla birgə evin buz divarları, hətta buzdan düzəldilmiş çarpayıları, stol-stulları əriməyə başladı.Gülü çox qorxdu, ağladı. Əli onun əlindən tutub sakitləşdirdi:
- Qorxma, paltarlarımız qurusun, gedərik!

 

 

 

Bir azdan uşaqların paltarları qurudu. Onlar getmək istəyəndə səs eşitdilər:
Aman, evimi yandırdılar! Kim evimi yandırdı? İndi mən qışın bu soyuğunda hara gedəcəyəm? Harda qalacağam? 

Uşaqlar qorxudan qaçıb sobanın arxasında gizləndilər. Ordan boylanıb gördülər qışqıran eybəcər, qoca qarıdır. Donqar burnundan, qoltuğuna vurduğu süpürgədən başa düşdülər ki, Küpəgirəndir. 
Küpəgirən qarı yaxınlaşan kimi uşaqları görüb bir az da bərk qışqırdı:
Yaxşı düşdüz əlimə! Siz dağıtmısız evimi? Niyə? Nə səbəbə?
Biməmişik nənə, çaya düşmüşdük, donurduq, dedik isinək, yandırdıq sobanı, ev əridi. – Gülü ağlaya-ağlaya dedi.  
- Necə dağıtmısız evimi, elə də tikəcəksiz! 

- Biz buzdan necə ev tikək? – Əli qarıya hirsləndi.
Qarı gözünü Əliyə elə bərəltdi, oğlan qarın içinə yıxıldı. 
- Sizi buraxan deyiləm, evimi tikərsiz, sonra evinizə gedərsiz. Yoxsa sizi ömürlük yanımda saxlayıb qul mkimi işlədərəm, razı olmasaz, buza döndərərəm, evimin divarına hörərəm sizi. Ha, ha, ha, ha... – Deyib qarı hirslə süpürgəsini yerə çırpdı.  
Bu vaxt meşədə elə səs-küy  qopdu, elə bil dünya dağıldı. 
Əli ilə Gülü əlacsız qalıb işləməyə - buzdan qarıya ev tikməyə başladılar. Onların əlləri donsa da, qarı götürür, onu qartopu kimi bərkidir, qardan divar hörürdülər. 

Birdən hava lap pisləşdi, çovğun başladı. Qar daha da böyük-böyük yağmağa başladı. 
Sobada da ocağın odunu qurtardı, ocaq söndü.

 

 

 

 

Uşaqlar dona-dona işləyəndə Gülü ağlaya-ağlaya qardaşına dedi:
- Yazıq durna quşu, indi yəqin donur!
- Hansı durna quşu? İndicə özümüz donacağıq, sən isə hansısa quş üçün göz yaşı tökürsən.
- Yadındadı, atam bir quş vurdu qanadından, sonra sən də nə qədər axtardın, ata da axtardı tapa bilmədiz, yadında?
- Yadımdadı, əlbəttə! Bu soyuq şaxtada, ifritə də başımızın üstündə, quş hardan yadına düşdü?
- Həmin quşu mən xilas eləyib ağacın oyuğunda gizlətmişdim sağaldım. 

- Yadıma düşüb ki, orda qalıb öləcək, heç kim ona dən verməyəcək.
- Elə biz də burda qalıb öləcəyik. Bir öz dərdimizə qal!

 

 

 

 

Uşaqlar belə danışırdı, gecənin qaranlığında uşaqları meşəyə gətirib çıxaran, meşədə azdıran durna quşu hardansa peyda oldu. Quş o qədər ağ idi ki, meşəni işıqlandırdı. Gülü qar topasından birini ona tullayıb acıladı:
- Çıx get, sənin ucbatından başımıza gör nələr gəldi!
Durna quşu insan kimi dil açıb dedi:
- Mənə düzünü desən, sizi xilas edərəm!
Quş belə deyəndə Küpəgirən qarı süpürgəsini ona tərəf tutub yellədi ki, quş uçub getsin:
Kııışşş, uç burdan, nə qədər ki səni dondurmamışam! 

Quş qanadlarını elə möhkəm çaldı ki, onun küləyindən Küpəgirən uçub başıüstə qara girdi. 

 

 

 

 

 

- Qız, doğrumu söylədiklərin? Anam sağdır?
Gülü təəccüblə soruşdu:
- Kimdir sənin anan?
Sənin atanın oxla vurduğu mənim anam idi. O öləndən sonra biz beş bacı-qardaşın dəstəsi dağıldı. Nizamımız pozuldu. Pərən-pərən düşdük. Uçub isti ölkələrə gedə bilmədik. O vaxtdan sənin atandan qisas almaq istəyirdim. Axır ki bu gün sizi Küpəgirən qarının tilsimli evinə gətidim, anamın qisasını aldım. Səndən eşidən də ki, yaralı quşu ağacın oyuğunda gizlətmisən, fikrimi dəyişdim, atanın qəddarlığını sənə bağışladım. Bu düzdür ki, anam sağdır?
- Sağdır sənin anan, sağdır, ölməyib, gedək, yerini göstərim!
Quş sevindiyindən qanad çaldı. Uşaqları belinə mindirib Gülü deyən ağacın yanına gətirdi. Ağac Gülü və Əligilin evlərinin yaxınlığında idi. 

 

 

 

 

 

 

Gülü yaralı quşu ağacın oyuğuna qoymuşdu. Oyuğun da ağzını böyük daşla örtmüşdü ki, qurd-tülkü quşa dəyməsin. Elə ki Əli oyuğun ağzından daşı götürən kimi quş havaya qalxdı. Çünki, ana quşun qanadı tamam sağalmışdı.

 

 

 

 

 

 

Uşaqlar sevincək evə qaçdılar. Yolda Əli oxu da, yayı da tulladı. Sən demə, ox da sehrli imiş. Uçdu düz Küpəgirən qarının yaşadığı buz evə tərəf. Biləmmədik qarını tapa bildi, yoxsa tapa bilmədi?!.